Oğuzda futbol oynamaqla karantin rejimini pozan şəxslər cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyən ediblər.
Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB