Goranboyda ev yandı

Goranboy rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Şəfibəyli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və digər otağının tavanı 2 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə