Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini T.Tağıyev müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 15-də saat 20 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Vlasova vurulmuş və o, xəstəxanaya yerləşdirilib.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini T.Tağıyev müəyyən edilərək saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB