Nar yükünün altında gizlədilən qəlyan üçün tütün aşkarlandı

Nar yükünün altında gizlədilən qəlyan üçün tütün aşkarlandı

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor, limon və nar yüklü vaqona Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunda baxış keçirilib. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yoxlama zamanı 24 ədəd nar yüklü qutunun altından gömrük nəzarətindən gizlədilən şüşə və dəmir qablarda müxtəlif markalı, ümumilikdə 1798 ədəd qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə