Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 17-də saat 2 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Şahsevən kənd sakini M.İbadov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Taleh Mahmudovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB