Azərbaycanlı müğənnini maşın vurdu, öldü FOTO+VİDEO

Azərbaycanlı müğənnini maşın vurdu, öldü FOTO+VİDEO

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. SİA-nın məlumatına görə, hadisə Azadlıq prospektində baş verib. 32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Opel” markalı minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Müşərrəf Zeynalova müğənni kimi fəaliyyət göstərirmiş. O, sosial şəbəkədə Banu adıyla tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə