Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini D.Balaşov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Balaşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilərək götürülüb.
Araşdırmalarla D.Balaşovun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB