Şirvanda mənzil və mağaza oğruları yaxalanıb. SİA-nın Aran bürosuna faktla bağlı məlumat verən Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Əliquli Ağəliyev bildirib ki, 06.04.2011 tarixdə Şirvan şəhər sakini Rəsulov Əlisafa Qasım oğlu yaşadığı mənzilə naməlum şəxslərin pəncərədən daxil olaraq zinət əşyalarının oğurlanması barədə müraciət edib.
Bundan başqa 07.04.2011 tarixdə Şirvan sakini Məmmədov Mirəziz Yusif oğlu da müraciət edərək bildirib ki, M. Rəsulzadə prospektində ona məxsus olan mağazadan gecə vaxtı qapının sındırmaq yolu ilə oradan 480 manat nağd pul və 500 manata qədər mobil danışıq kartları oğurlanıb.
Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, hər iki oğurluğu 21 yaşlı gənclər, İbrahimov Asif Rzaxan oğlu və Babayev Kamal Xanqulu oğlu edib. Hər 2 şəxsin yaşadığı mənzilə baxış keçirilən zaman maddi sübutlar götürülərək istintaqa təhvil verilib.
Asif İbrahimov əvvəllərdə məhkumluq həyatı yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB