Keçmiş arvadının boğazını kəsən şəxs tutulub

Keçmiş arvadının boğazını kəsən şəxs tutulub

Aprelin 13-ü saat 23:50 radələrində Elçin Babazadə qısqanclıq zəminində Z.Xəlilov küçəsində yaşayan keçmiş həyat yoldaşı Gülnarə Abdullayevanın boğazını bıçaqla kəsərək qətlə yetirib.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Babazadə aprelin 14-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə