Mağazadan oğurluq etmək istəyən şəxs saxlanıldı

Siyəzəndə mağazadan oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 360 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Zeynalov saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə