Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 130 m² olan kürsülü birmərtəbəli evin zirzəmisinə yığılan rəflər və zirzəminin taxta konstruksiyalardan ibarət tavanı 10 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə