Gəncədə orta yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində 6 saylı tam orta məktəbin qabağında qeydə alınıb.

Belə ki, orta yaşlı kişi kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyata götürülüb.

Hazırda bıçaqlanan şəxsi kimliyi və hadisənin hansı şəraitə baş verməsi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə