Oğurluq etdiklərinə görə tutuldular

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 6 ədəd mobil telefon, 2 avtomobildən 2 ədəd videoqeydiyyat qurğusu oğurlamaqda, habelə 1 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Məmmədov və V.Cavadov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 4 avtomobildən pul, mobil telefon və yan güzgülərini oğurlamaları da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə