3000 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

Suraxanı rayonu ərazisindəki qarajların birindəki seyfdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qarajların birindəki seyfdən 3000 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Orucov və Abşeron rayon sakini Z.Allahverdiyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə