Masallıda ikimərtəbəli evdə yanğın baş verib

Masallıda ikimərtəbəli evdə yanğın baş verib

Masallı rayonunun Lürən kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə