Axtarışda olan Ukrayna vətəndaşı Bakıda yaxalanıb

Axtarışda olan Ukrayna vətəndaşı Bakıda yaxalanıb

Bakı şəhər BPİ CAİ-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ukrayna Respublikasının Xarkov şəhəri Dİİ-nin Oktyabr rayonu DİŞ-si tərfindən CM-nin 151-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Ukrayna vətəndaşı Mamed Mustafayev aprelin 12-də yaxalanıb.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ CAŞ və PPXB-nin əməkdaşları isə Sabirabad rayon sakini Azər Abışovdan 1 ədəd saxta 100 manatlıq əskinas aşkar edərək götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə