Minskdə metroda baş verən terror hadisəsi zamanı həlak olanlar bu gün dəfn olunacaqlar. SİA-nın məlumatına görə, Belarusun paytaxtında Matəm günü elan olunub. Şəhərdə dövlət bayraqları endirilib. Həftənin sonuna qədər əyləncəli tədbirlər təxirə salınıb, teatr repertuarlarına dəyişiklik edilib. Terrorun baş verdiyi metro stansiyasına insanların gəlişi davam edir. Onlar hadisə yerinə çiçək dəstələri düzür, şam yandırırlar.
Rəsmi Matəm günü yalnız Minskdə elan edilsə də bütün ölkədə matəm hiss olunur. Belarusun ümummilli televiziya kanallarında ciddi dəyişiklər edilib, əyləncəli seriallar, reklam blokları və proqramlar efirdən çıxarılıb.
Qeyd edək ki, Minsk metrosundakı hadisə aprelin 11-də baş verib. Hadisə zamanı 12 nəfər həlak olub, 200 nəfərə yaxın insan xəsarət alıb. Yaralananlardan 3-ü Rusiya vətəndaşı olub. Onlardan iki nəfər qadın bu gün xəstəxanadan buraxılacaq, oğlanın isə müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB