Bakıda quldurluq edən şəxslər saxlanıldı

Quldurluqda şübhəli bilinən 3 nəfər yaxalanıb. Daxili İşlər Naziliyindən SİA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də paytaxt sakini E.İmanovu bıçaqla hədələyib.

Nəticədə içərisində 520 manat, 720 dollar və bankomat kartları olan pulqabısını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Nəsirov, T.Əliyev və Cəlilabad rayon sakini H.Məlikov saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə