Bakının Nərimanov rayonunda ağır yol qəzası törədən sürücü hadisə yerindən qaçıb
Bakının Nərimanov rayonunda yol qəzası törədən sürücü hadisə yerindən qaçıb.
SİA xəbər verir ki, hadisə Nəcəf Nərimanov küçəsində baş verib.
"Volkswagen" markalı avtomobilin sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini idarə edərkən avtomobil "Hyundai" markaılı digər nəqliyyat vasitəsinə çırpılıb. İdarəetmədən çıxan "Volkswagen" yol kənarında dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində ümumilikdə 7 nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisəni törədən sürücü daha sonra ərazidən qaçıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB