Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb

Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb

Bakı şəhərinin Sabunçu rayonunda "Opel" və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Hyundai" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Opel" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə