Minskdə baş verən partlayışda şübhəli bilinən şəxsin fotorobotu yayılıb

Minskdə baş verən partlayışda şübhəli bilinən şəxsin fotorobotu yayılıb
"Life News" qəzetinin internet versiyası ötən gün Minskdə baş verən metro partlayışında şübhəli bilinən şəxsin fotorobotunu yayıb. SİA-nın məlumatına görə, internet versiyada Belarusun Daxili İşlər Nazirliyinin məlumatına istinadən bildirilib ki, terrorda şübhəli bilinən şəxsin fotorobotu Belarusun bütün polis şöbələrinə daxil olub. Qəzetə görə, partlayış Qafqaz görünüşünə malik biri tərəfindən həyata keçirilib. Yüksək borta malik olan şübhəli şəxsin başında göy rəngdə toxunmuş papaq olub: "Şübhəli şəxsin yaşı 25-35 arasında, boyu 175 sm, çəkisi isə orta, üz quruluşu isə yumru olub",- qəzet bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə