Bıçaqla qətlə yetirdi

Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini V.Bujdelyevə bıçaqla ölümcül xəsarət yetirməkdə şübhəli bilinən F.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 14-də saat 2 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini Viktor Bujdelyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə 8-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Həkimlərin səyinə baxmayaraq V.Bujdelyev martın 17-də orada ölüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılıb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə