Ağır qəza: ölən var

Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 17-də saat 18 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Sabirkənd kənd sakini Seyrac Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə