Biləsuvar şəhərinin ərazisində “KamAZ” və “Mercedes” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 17-də saat 1 radələrində Biləsuvar şəhərinin ərazisində Masallı rayon sakinləri Z.Kişiyevin idarə etdiyi “KamAZ” və Elnur Allahyarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB