4 yaşlı uşaq evdə vurulan iynədən öldü

4 yaşlı uşaq evdə vurulan iynədən öldü

Bərdə rayonunda azyaşlı qızdırmadan ölüb. SİA-nın məlumatına görə, Bərdə şəhəri, M.Hüseynzadə küçəsi, ev 68-də yaşayan 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlunun evdə qızdırması qalxıb. Həmin vaxt anası Aysel Zeynalova ona inyeksiya yolu ilə əzələ iynəsi vurub. İynədən sonra vəziyyəti pisləşən uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə