Qazaxda yük avtomobili yanıb

Qazax rayonunun Daş Salahlı kəndində “Mercedes” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi, 3 ədəd təkəri yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bütün xəbərlər Facebook səhifəmizdə