Gəncədə "Mercedes" və "VAZ 21 015" markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Qəza nəticəsində VAZ 21 015"markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Nemət Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı ətrafdakı insanların yardımı ilə Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb. Hadisə zamanı "Mercedes" markalı avtomobil yol kənarında quraşdırılan təhlükəsizlik kamerasını sıradan çıxarıb.
Hadisənin dəqiq səbəbləri bilinməsə də də qəzaya ilkin versiya kimi yüksək surət və işıqforun gözləmə nişanına əməl edilməməsinin səbəb olduğu ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB