“Mercedes” markalı avtomobilin vurduğu Salyan şəhər sakini xəstəxanada ölüb

“Mercedes” markalı avtomobilin vurduğu Salyan şəhər sakini xəstəxanada ölüb

“Mercedes” markalı avtomobilin vurduğu Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Müseyib oğlu ağır xəsarətlər alıb.

SİA xəbər verir ki, yaralı Salyan rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə