Şirvan şəhərində dünən axşam 21:00 radələrində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerində araşdırma aparan Şirvan Polis Şöbəsinin müstəntiqi Firdovsi Əsədovun SİA-nın Aran bürosuna verdiyi açıqlamaya görə, Şirvan-Salyan yolunun 2-ci kilometrliyində Sabirabad sakini Abbasov Fəxrəddin Tofiq oğlunun idarə etdiyi "Mersedes" markalı 10-LO-201 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini Abdullayev Rövşən Mikayıl oğlunun idarə etdiyi VAZ 2101 markalı 24-BC-135 dövlət nömrə nişanlı maşının yoluna çıxaraq qəzaya səbəb olub.
Jiqulidə olan 6 nəfərdən 4-ü xəsarət alaraq Şirvan Xəstəxanasına yerləşdirilib. Xəstələrin vəziyyəti ilə bağlı məlumat verən travmotologiya şöbəsinin müdiri Tofiq Hüseynov bildirib ki, qəza nəticəsində xəstəxanaya daxil olan 1982-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu döş qəfəsinin əzilməsi, 1987-ci il təvəllüdlü Abdullayeva Yeganə İsrail qızı döş qəfəsinin əzilməsi və bədənində sıyrıntılar, 1980-ci il təvəllüdlü Abdullayev Elşən Mikayıl oğlu döş qəfəsinin əzilməsi, alın-çənə nahiyəsinin əzilmiş-sıyrılmış diaqnozu ilə yardım göstərilərək şöbəyə, 1 yaşlı körpə uşaq Abdullayev İsrail Elşən oğlu isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Hadisənin baş verməsi ilə bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB