Beyləqan rayonunun Əhmədli kəndi ərazisində “Opel” markalı avtomobil aşıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 12-də saat 14 radələrində Beyləqan rayonunun Əhmədli kəndi ərazisində Bakı şəhər sakini Qafar Seyidəliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.
Nəticədə Q.Seyidəliyev və sərnişinlərindən arvadı Güləndam xəstəxanaya aparılarkən yolda ölmüş, avtomobildə olan 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB