Qəbristanlıqdan oğurluq edən şəxs tutuldu

Qəbristanlıqdan oğurluq edən şəxs tutuldu

Saatlı rayonunun Əhmədbəyli kəndi ərazisində yerləşən qəbristanlıqdan oğurluq etməkdə şübhəli bilinən M.Əsgərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Əhmədbəyli kəndi ərazisində yerləşən qəbristanlıqdakı məzarlardan birinin ətrafına quraşdırılmış məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini M.Əsgərov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə