Avtomobilləri qarət edən şəxs tutuldu

Avtomobilləri qarət edən şəxs tutuldu

Gəncə şəhər sakinlərinə məxsus 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən M.Sultanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 7-də və 9-da Gəncə şəhər sakinlərinə məxsus 2 avtomobildən mobil telefon, maqnitofon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Sultanov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə