Qaradağ rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 7-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 700 ABŞ dolları, habelə məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri V.İsmayılov və M.Babayev saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB