Yolu keçən piyadanı maşın vurdu

Yolu keçən piyadanı maşın vurdu

Kürdəmir şəhəri ərazisində “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 12-də saat 18 radələrində Kürdəmir şəhəri ərazisində Qaraqocalı kənd sakini A.Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə