Oğurlamaqda şübhəli bilinən Şəmkir rayonunun Şiştəpə kənd sakinləri Q.Abdullayev, N.Xəlilov və R.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri Q.Abdullayev, əvəllər məhkum olunmuşlar - N.Xəlilov və R.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı N.Xəlilovdan 24 qramdan artıq, Şiştəpə kəndi ərazisində yerləşən qəbiristanlıqda gizlətdiyi 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.
R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Sabirkənd kəndi ərazisində quraşdırılmış “Azercell Telekom” MMC-yə məxsus radio-baza stansiyasından 60 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB