Polis əməkdaşı əcnəbini döydüyünə görə ömrünün 10 ilini həbsxanada keçirəcək
Çexiyalı polis işçisi Yozef Srnski vyetnamlı mühaciri amansızcasına döydüyünə görə əcnəbi ölüb. Olomouts apellyasiya məhkəməsinin hökmünə əsasən bu polis işçisi ömrünün 10 ilini həbsxanada keçirməli olacaqdır.
SİA-nın xəbərinə görə, vyetnamlının qonşusu Katerjina Slaviçkova da əcnəbinin döyülməsində iştirak etdiyinə görə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkumların hər ikisi təqsirkar olmadıqlarını iddia edir və bildirirlər ki, məhkəmə onların təqsirkar olmasını göstərən dəqiq sübutlar təqdim etməyib.
Həlak olmuş vyetnamlının qohumu, valideynlərindən biri çex olan Vratislav Tauber dövlətdən 200 milyon krona (10 milyon avro) məbləğində kompensasiya almağa çalışır.
Hadisə 2009-cu ildə Brnoda baş verib. Polis idarəsinə zəng edib bildiriblər ki, narkotiklərin təsiri altında olan vyetnamlı olduğu mənzili dağıdır, oradakı adamlara hücum edir. Polis həmin mənzilə gələrkən vyetnamlı kişi kresloda əyləşmişdi və heç kəsə dəyib-dolaşmırdı.
Polis işçisi Srnski ondan əllərini qabağa uzatmasını tələb edəndə vyetnamlı heyrətlənmiş halda cavab verib ki, o, çex dilini bilmir. Onda Srnski deyib ki, ona çex dilini öyrədər. Bundan sonra əlindəki polis dəyənəyi ilə vyetnamlıya bir neçə zərbə endirmiş, sonra onu möhkəm döyüb.
Slaviçkova Srnskidən soruşub ki, o da vyetnamlını vura bilərmi? Qadın öz sualına cavab almamış və icazə gözləmədən vyetnamlını vurub. Dalağı partlamış və qarın boşluğuna qan sızmış vyetnamlı aldığı zədələrdən ölüb. Ekspertiza həlak olmuş şəxsin qanında narkotiklərdən istifadə edilməsi izlərini aşkar etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB