Narkotiklərin qanunsuz dövriyyəsində şübhəi bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Mustafayevin Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 149 qrama yaxın heroin, 42 qrama yaxın tiryək, 389 qram marixuana və 8 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə M.Mustafayeva narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev də müəyyən edilərək saxlanılmış, ondan isə 516 qrama yaxın marixuana götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB