Apreiln 8-də Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində piyadanı maşın vurub. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 84-cü kilometrliyində, saat 21:50 radələrində baş verib.
Belə ki, Bakı istiqamətindən gələn "MAZ" markalı 90JK581 dövlət nömrə nişanlı yük maşını Hacıqabul rayon Atbulaq kənd sakini 63 yaşlı Cəfərov Musaxan Şəvvəl oğlunu yolu keçərkən vurub.
Xəsarət alan piyadanın qohumunun dediyinə görə, vurulan şəxs başından yaralanıb. Əvvəl onu yaxın olduğu üçün Ələt, sonra isə Bakıdakı xəstəxanalardan birinə çatdırıblar. Həmin şəxs adıçəkilən ərazidə indiyə qədər buna bənzər 6-cı hadisənin baş verdiyini və piyadaların yolu keçməsi üçün nə keçidin, nə də işarənin olmamasından şikayətlənib: "Hətta kənddə elektrik enerjisinin tez-tez, xüsusilə gecələr kəsilməsi nəticəsində yolun qaranlıq olması avtomobili idarə edən sürücüyə yaşayış zonasından keçərkən problemlər yaradır və nəticədə bu kimi bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır".
Hadisəni törədən İmişli sakini olan sürücü isə bildirib ki, Bakıdan gələrkən qarşıdan gələn maşının işığı gözümə düşdüyündən yolu keçən piyadanı son anda görə bildim və qəza baş verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB