DİN-nin Saatlıda baş verən qətllə bağlı məlumatı

DİN-nin Saatlıda baş verən qətllə bağlı məlumatı
Daxili İşlər Nazirliyi martın 7-də Saatlıda baş vərən qətllə bağlı məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə