İtkin düşmüş qadının qətlə yetirildiyi müəyyənləşib

İtkin düşmüş qadının qətlə yetirildiyi müəyyənləşib

Bakı şəhər BPİ CAİ və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, aprelin 1-də itkin düşmüş kimi qeydə alınmış Reyhan İsgəndərlini Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Gəncə Cəfərov və İlqar İbrahimov qətlə yetirib.

Bakı şəhər BPİ Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisəni törədənlər meyiti Xızı rayonunun Altıağac qəsəbəsində basdırıblar. Hadisədə şübhəli bilinənlər G.Cəfərov və İ.İbrahimov yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə