Pakistanda leysan yağışları 17 insanın həyatına son qoyub, 37 nəfər yaralanıb

Pakistanda leysan yağışları 17 insanın həyatına son qoyub, 37 nəfər yaralanıb

Pakistanın Xayber-Paxtunxva əyalətində bir neçə gün davam edən leysan yağışları 17 insanın həyatına son qoyub, 37 nəfər yaralanıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, ölənlərin 14-ü uşaq, 3-ü qadındır. Bildirilir ki, əyalətin Çarsadda və Mardan dairələrinə ciddi ziyan dəyib.

Belə ki, leysan yağışları və güclü külək 50 evi tam və ya qismən dağıdıb. Bu dairələrə ərzaq, dərman və digər vasitələr göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə