İki avtomobil toqquşub, ölən var

İki avtomobil toqquşub, ölən var

Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 3-də saat 21 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Sahib Kərimovun idarə etdiyi “TOFAŞ” və M.Zahidovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə “TOFAŞ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə