İsmayıllı rayonunun Diyallı kəndi ərazisində “QAZ-2705” və "VAZ-21074" markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 2-də saat 13 radələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində rayon sakinləri Ş.Dünyamalıyevin idarə etdiyi “QAZ-2705” və Musa İsmayılzadənin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə M.İsmayılzadə hadisə yerində ölmüş, 2 sərnişini, habelə digər sürücü və sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Rüstəm Əzimov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB