Sabirabadda 74 yaşlı kişi özünü Kür çayına ataraq intihar edib

Sabirabadda 74 yaşlı kişi özünü Kür çayına ataraq intihar edib

Sabirabad rayonunda intihar hadisəsi baş verib. SİA-nın aran bürosuna hadisə barədə məlumat verən Sabirabad rayon prokurorlugunun müstəntiqi Tural Kərimov bildirib ki, 05 aprel 2011 ci il tarixdə polis şöbəsinin növbətçi hissəsinə Yenikənd kənd sakini Mahmudov Gülbala Əlibala oğlunun özünü yaşadığı kəndin yaxınlığından keçən Kür çayına ataraq intihar etməsi haqqında məlumat daxil olub.

İntihar edən Mahmudov Gülbala Əlibala oğlu 1937-ci ildə Sabirabadın Yenikənd kəndində anadan olub.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 125 maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə