Maştağada 14 yaşlı oğlanı maşın vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 14 yaşlı oğlan ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

2006-cı il təvəllüdlü Kazımov Muxtar Arzuman oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə