Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yol qəzası baş verib. Rövşən Məmmədovun idarə etdiyi "QAZ-52" markalı avtomobil aşıb.
Tovuz rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, avtomobildə olan sərnişin Sahib Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Rövşən Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB