Göygöldə gənc sirkə turşusundan zəhərlənib

Göygöldə gənc zəhərlənib. SİA xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Daşkəsən rayonunun Qabaq Təpə kənd sakini, 1997-ci il təvəllüdlü Məsimov Elşən Natiq oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Dərhal gəncə lazımi tibbi yardım göstərilərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Elşənin sirkə turşusunu hansı səbəbdən içdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə