Binəqədi rayonu ərazisində 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən N.Səlimzadə və İ.İsgəndərzadə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Səlimzadə və Yevlax rayon sakini İ.İsgəndərzadə saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə