Zavoddan oğurluq edən şəxslər tutulublar

Zavoddan oğurluq edən şəxslər tutulublar

Aprelin 2-si saat 02 radələrində Nərimanov küçəsində yerləşən Bakı Neft maşınqayırma zavodunun kompressor sexindən açıq qapıdan keçmə yolu ilə oğurluğa cəhd etdiklərinə görə Zabrat qəsəbə sakinləri Zahid Məmmədov və Daşqın Nəbiyev Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Bakı şəhər BPİ Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 1-i saat 22 radələrində Bakı şəhər sakini Cavad Qasımova məxsus Sarayevo küçəsində yerləşən marketdən ərzaq məhsullarını oğurladıqlarına görə orada işləyənlər Bakı şəhər sakinləri Orxan Hüseynov və Namiq Əliyev Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən aprelin 2-də yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə