Bakının Yasamal rayonunda 28 yaşlı oğlan bıçaqlanıb

Bakının Yasamal rayonunda 28 yaşlı oğlan bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə H.Cavid prpspektində qeydə alınıb.

1992-ci il təvəllüdlü Bilalov Süleyman Ramil oğlu tanıdığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb. Yaralı dostlarının köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə